Bu gecə Norveçin paytaxtı Osloda keçirilən “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsində II yarımfinalın iştirakçıları mübarizə aparacaq. Finala 10 vəsiqə uğrunda 17 ölkə - yarışacaq.
Azərbaycanı təmsil edən Səfurə Əlizadə “Drip-Drop” mahnısını ifa edəcək. Sıralanmaya əsasən, Litva, Ermənistan, İsrail, Danimarka, İsveçrə və İsveçdən sonra Azərbaycanın iştirakçısı səhnəyə çıxacaq. II yarımfinalda iştirakçı ölkələr bunlardır:
Azərbaycan, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan, Sloveniya, Türkiyə.
Mayın 29-da keçiriləcək finalda 25 ölkə yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009”un qalibi Norveç final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər.