Modern.az

TQDK: "Onlar ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar"

TQDK: "Onlar ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar"

Ölkə

27 May 2010, 13:20

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Modern.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Kimissiyası bəyan edib.
“Bununla bağlı, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün aşağıda göstərilən şəxslər müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini (1 nüsxə) təqdim etməklə 01 iyun 2010-cu il tarixdən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və ya TQDK-nın Naxçıvan, Gəncə, Quba, Şəki və Lənkəran regional bölmələrində qeydiyyatdan keçməlidirlər:
1. İdman sahəsində Olimpiya, Dünya və Avropa çempionatlarının (gənclər və yaşlılar arasında) qalibləri;
2. Təhsil sahəsində dünya fənn olimpiadalarının qalibləri;
3. Musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı