Modern.az

Nazirlik sərinləşdirici içkilər və dondurma bazarında monitorinqlər aparacaq

Nazirlik sərinləşdirici içkilər və dondurma bazarında monitorinqlər aparacaq

Ölkə

4 İyun 2010, 16:13

Yay mövsümünün başlaması ilə əlaqədar ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların satışı artır.

İstehlak bazarını keyfiyyətsiz və insan orqanizmi üçün təhlükə törədə biləcək mallardan qorumaq üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxt və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların keyfiyyətinin araşdırılması məqsədilə yoxlamalar aparacaq.
Modern.az nazirliyə istinadən xəbə verir ki, yoxlamalar zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara isə sərinləşdirici içkilər və dondurma alarkən diqqətli olmağı tövsiyə edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı