Modern.az

Buraxılış imtahanlarında bəzi şagirdlər qaydaları pozublar

Buraxılış imtahanlarında bəzi şagirdlər qaydaları pozublar

Ölkə

15 İyun 2010, 20:11

Təhsil Nazirliyi iyunun 16-da Bakı və Sumqayıt şəhərlərində 11-ci sinif şagirdləri, iyunun 18-də isə 9-cu sinif şagirdləri üçün mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirir. Bununla da da respublikanın ümumtəhsil ocaqlarında buraxılış imtahanlarına yekun vurulacaq. Modern.az-ın Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, indiyədək bölgələrdə keçirilmiş imtahanlarda xeyli qanun pozuntusu qeydə alınıb.

Orta məktəblərdə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 24 - 25-də açıqlanacaq. Bu barədə saytımıza Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məzunlara attestatların da nə vaxt veriləcəyi həmin gün bilinəcək. Qeyd edək ki, 3 bölgədə buraxılış imtahanları yekunlaşıb.    

Təhsil Nazirliyi hələ imtahanlardan öncə bəyan etmişdi ki, "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 38-ci bəndinə əsasən şagirdlərin imtahanlara mobil telefon, dərslik və digər vasitələr gətirməsinə icazə verilmir.
Lakin bölgələrdə keçirilmiş imtahanlar zamanı bəzi şagirdlər Təhsil Nazirliyinin tələblərinə əhəmiyyət verməyərək imtahan zallarına mobil telefon və “şparqalkalar” keçirib onlardan istifadə etməyə cəhd göstəriblər. Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, ayrı-ayrı rayonlar üzrə xeyli belə fakt aşkarlanıb və həmin cəhdlərin qarşısı alınaraq onlar barəsində çox ciddi tədbirlər görülüb.

Belə ki, mobil telefonlardan və “şparqalkalar”dan istifadəyə cəhd göstərən şagirdlərin sual və cavab kartları dərhal götürülüb, özləri isə imtahan zallarından xaric olunublar.
Qaydalara görə, mobil telefondan və digər qadağan olunan vasitələrdən istifadə etdikləri üçün imtahandan kənarlaşdırılan şagirdlərin nəticələri "0" (sıfır) qəbul ediləcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı