Modern.az

Azərbaycanın futbol azarkeşləri niyə narazıdırlar?

Azərbaycanın futbol azarkeşləri niyə narazıdırlar?

Ölkə

16 İyun 2010, 12:31

Bir neçə gündür ki, bütün dünyanın diqqəti Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çepmionatına yönəlib. Azərbaycanda da dünya çempionatına maraq böyükdür. Baxmayaraq ki, orada  nə Azərbaycan, nə də bizə qardaş olan Türkiyə komandası çıxış edir. Dünyanın ən maraqlı futbol oyunlarına canlı baxmaq imkanı olmayan azərbaycanlı azarkeşlər matçlara “Lider” TV vasitəsilə baxmaq məcburiyyətindədirlər. Amma azarkeşlər arasında çoxlu narazılar var.

Xatırladaq ki, ölkəmizdə dünya çempionatının oyunlarını «Lider» TV yayımlayır. Amma bu kanalda yayımlanan oyunların icmalına münasibət birmənalı deyil. Bir çox tamaşaçı hesab edir ki, “Lider” TV-nin aparıcıları camaatın onsuz da ekranda gördüyünü təkrarlayırlar. Müasir dövrün tələbi isə odur ki, futbol oyunları mütləq şərhçi və mütəxəssislə birlikdə şərh edilməlidir. 

Bu səbəbdən də bəzi azarkeşlər oyunlara xarici telekanallarda baxmağa ümid edirdilər. Amma bu, baş tutmayıb.

Bakıda yayımlanan kabel televiziyasının-KaTV-nin abunəçisi olan İntiqam Məlikov Modern.az-a deyib ki, KaTV rəhbərliyi düz hərəkət eləmir: “Mən rus dilliyəm və oyunlara «NTV+futbol»la baxacağıma ümid edirdim. Amma çempionatın yayımı başlayanda KaTV kanalları bağladı və bununla da öz müştərilərinin hüquqlarını pozdu. Bunu onunla izah edirlər ki, Azərbaycanda oyunların yayım hüququ yalnız “Lider” TV-yə məxsusudur. Amma biz qanunları yaxşı bilirik. “Lider” TV-nin öhdəliyi odur ki, onun yayımı peyk vasitəsilə və ya adi yayımla Azərbaycan sərhədlərini aşmamalıdır. Bunun KaTV ilə nə ilgisi olmalıdır..?”.

“Mən KaTV-nin illik abunə haqqını əvvəlcədən ödəməyimə çox peşimanam. Çünki bu televiziya bizim hüquqlarımızı pozur”-deyə digər futbol azarkeşi Əli Qurbanov bildirib.

Amma oyunlara “Lider” TV ilə baxmaq istəməyənlər arasında çıxış yolu tapanlar da var. Xaqani Əliyev adlı azarkeş deyir ki, o, matçlara peyk antennası vasitəsilə TRT1-dən baxır: «Həmin kanalda futbol matçları daha dinamik və çılğınlıqla şərh olunur, peşəkarlıq yüksəkdir. Komandalara dair geniş statistika səsləndirilir. Bu isə mənim çox xoşuma gəlir».

Özəl şirkətlərdən birində çalışan Nadir Müslümov da oyunları çanaq antennası vasitəsilə TRT1-də seyr edir. Onu da Azərbaycan şərhçilərinin aparıcılığı qane etmir: «Bizim şərhçilər bəzən oyunçuların adlarını səhv deyir, aradabir çaşır və tez-tez tamaşaçılardan üzr istəyirlər. Onların şəhində dinamiklik çatışmır, bzəi hallarda isə azərbaycanlı teleaparıcılar komandalardan birinə azarkeşlik edirlər. Halbuki onlar xarici komandaların oyunlarını neytral mövqedən şərh etməli, komandalara simpatiyalarını biruzə verməməlidir. Əgər çempionatda Azərbaycan da iştirak etəydi, onda aparıcılara bizim komandamızı dəstəkləmələrini irad tuta bilməzdik».

Texniki Universitetin tələbəsi Elman İbrahimov isə «Lider» TV-yə üstünlük verir: «Çanaq antenam yoxdur. Həm də digər xarici dilləri bilmirəm». 

 

“Lider” TV-nin aparıcısı Rövşən Binnətli isə efir vasitəsilə onları qınayanlarla razılaşmadığını söyləyib. Onun sözlərinə görə, “Lider” TV-nin aparıcısıları qüsurlara yol vermirlər. R.Binnətli bəzi tamaşaçıların şərhçiliklə dediklərini onların  zövqü ilə əlaqələndirib.

Azarkeşlərlə

söhbət zamanı digər maraqlı məqam da ortaya çıxıb. Məlum olub ki, dünya çempionaı başlayandan bəri bəzi ailələrdə kişilərlə qadınlar arasında mübahisələr yaşanır. Kişilər futbola, qadınlar isə teleseriallar və musiqi verilişlərinə baxmaq üçün televizorun pultunu öz əllərində saxlamaq istəyirlər.

 

Adəm Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı