Dörd gündən artıqdır ki, Xətai rayonunun “Nargilə” kafesi deyilən ərazisində, beş yolun kəsişdiyi dairədə işıqforlar işləmir. Məhz buna görə həmin ərazidə xeyli sayda avtomobil qəzası baş verib. Məsələ ondadır ki, burada işıqforlar işləməsə də, heç bir polis nəzarəti də yoxdur.
Modern.az saytının əməkdaşı bu problemin yaranma səbəbini öyrənmək üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayıb. Qurumun növbətçi hissə rəisinin köməkçisi Dilbaz Nəbiyev saytımıza bildirib ki, həmin yerdə yeni radarlar quraşdırıldığından işıqforlar çalışmır: “Biz vətəndaşların təhlükəsizliyi üçün çalışırıq. Sistem yenilənir, yeni kabellər çəkilir, radarlar quraşdırılır. Bu proses həftənin axırına kimi başa çatacaq. Qəzalara gəlincə, bu prospektdə yol qəzaları qeqdə alınmayıb”.
Modern.az