Modern.az

İnsanlar üçün normal istilik temperaturu neçə olmalıdır?

İnsanlar üçün normal istilik temperaturu neçə olmalıdır?

Ölkə

17 İyun 2010, 11:46

st1:*{behavior:url(#ieooui) }

Bütün canlı varlıqlara təsirsiz ötüşməyən iqlim dəyişmələri, kəskin istilər zaman-zaman çox mənfi nəticələrə, fəsadlara səbəb olub. Yer üzündə orta temperatur sürətlə artır, yəni Yer Kürəsi getdikcə istiləşir.

Hər il Azərbaycanda da günvurmaya məruz qalanlar, bundan zərər çəkənlər olur. Son günlər ölkəmiz ərazisində havaların temperaturunun xeyli yüksəməsi, istilərin 40 dərəcə və ondan da yuxarı qalxması insanları yenə ehtiyatlı olmağa məcbur edib. Mütəxəssislərin araşdırmaları göstərir ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insanların istiliyə dözümü azalıb. Bəs respublikamızın ərazisində insanların həyatı üçün normal istilik temperaturu neçə olmalıdır ki, heç kim zərər çəkməsin?

Həkim-terapevt S.Məmmədovun sözlərinə görə, istiliyin 17 dərəcədən 31 dərəcəyədək olması normal temperatur sayılmalıdır: «Normal həyat üçün bu temperaturlardan az və ya çox olan hallar üçün müəyyən bir dözümlülük həddi var. Ancaq bu dözümlülük sərhədləri aşıldıqda insan səhhətində bir sıra  kliniki sindromlara, fizioloji stresslərə, xəstəliklərə və hətta ölümlərə belə gətirib çıxara bilir. Normal olaraq insan bədəninin orta temperaturu  36.5-37 dərəcə arasındadır. Həddindən artıq istinin təsiriylə müəyyən bir müddət insanların hiss etdikləri istilik 40 dərəcədən daha yüksək olarsa, bu vəziyyətdə ölüm halı baş verə bilər. Bundan əlavə, davamlı istilərdə çox sayda insan infarkt və digər fizioloji narahatlıqlar kimi hallarla qarşılaşa bilər».

Həkimin sözlərinə görə, həddindən artıq istidən daha çox xəstələr və  xəstəliyə qarşı həssas insanlar, eyni zamanda  65 və ondan yuxarı yaşda olanlar təsirlənir. Ancaq insan bədəninin xəstəliyə və yaşa bağlı olmadan da həddindən artıq istiyə qarşı bir həssaslığı var. Bu arada, xroniki xəstəliklər (ürək və beyin), dəri xəstəlikləri kəskin istilərdə artan xəstəliklər hesab edilir.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı