Modern.az

Əli Həsənov: “Yataqxanalar bir ildə boşaldıla bilməz”

Əli Həsənov: “Yataqxanalar bir ildə boşaldıla bilməz”

Ölkə

17 İyun 2010, 17:16

Müharibənin Azərbayana vurduğu ziyan Ermənistana vurduğu ziyandan 100 dəfə çoxdur. Bu fikirləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 17-də jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, indiki hesablamalara görə, müharibədə Azərbaycana 70 milyard manatadək ziyan dəyib. Bu hesablamalar torpaqlar işğaldan azad olunandan sonra yenidən aparılacaq və dəyən ziyan dəqiqləşdiriləcək. Komitə sədrinin sözlərinə görə, dəyən ziyanlarla bağlı ermənilərin və azərbaycanlıların Avropa Məhkəməsinə müraciətlərinə reaksiya da Azərbaycana daha çox ziyan dəydiyini təsdiqləyir. Ə.Həsənov bildirib ki, ermənilərin bu instansiyaya müraciətindən sonra azərbaycanlıların kütləvi şikayətləri ilə üzləşən Avropa Məhkəməsi də gerçəkliyi anladığı üçün bu işə baxmağı dayandırıb. Əli Həsənovun sözlərinə görə, sanatoriyalar, pansionatlar, uşaq bağçaları, məktəblər, pioner düşərigələri, hərbi hissələrdə məskunlaşan məcburi köçkünlər tədricən oradan çıxarılmalıdır və bu məsələ dövlət proqramında nəzərdə tutulub. Ə.Həsənov deyib ki, Azərbaycanda köçkünlərin məskunlaşdığı bəzi fin evlərindən ibarət qəsəbələr var ki, onların 5-6 il istismar muddəti olduğu halda insanlar 18 ildir orada yaşıyırlar. Komitə sədri deyib ki, Bakı şəhərindəki tələbə yataqxanalarından məcburi köçkünləri köçürülərkən ilk növbədə şəraitin ağırlığı və dözülməzliyi nəzərə alınacaq.

“Yataqxanaların boşaldılması böyük bir məsələdir. Onu bir-iki ilə həll etmək olmaz. Bir neçə yataqxana sakinləri üçün artıq torpaq almışıq, layihə hazırlanmalıdır. Layihənin hazırlanması 4 ay çəkəcək. Köçürulmə zamanı hər bir ailənin tələbatı nəzərə alınacaq”.

Ə.Həsənov deyib ki, indiyədək 200 min məcburi köçkün yeni yerlərə köçürülüb, köçənlərlə bağlı problem ortaya çıxmayıb.

Onun sözlərinə görə, Azərbaycanın Dövlət Neft Fondu bu il məcburi köçkünlərə 80 mln manat ayrıb. Əlavə vəsaitləri də nəzərə alsaq bu il ümumilikdə köçkünlrə 100 mln manatdan yuxarı vəsait ayrılacağı gözlənilir. Mail Ağaxanov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı