Modern.az

Bakı və Sumqayıtda 9-cular buraxılış imtahanı veriblər

Bakı və Sumqayıtda 9-cular buraxılış imtahanı veriblər

Ölkə

18 İyun 2010, 10:38

Modern.az xəbər verir ki, bu gün Bakı və Sumqayıt şəhərlərində orta məktəblərin IX sinifləri üzrə buraxılış imtahanları keçirilib.

İmtahanlar ana dili və riyaziyyat fənlərindən keçirilib. Bakı şəhəri üzrə 75 imtahan mərkəzində 37410, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 5069 şagird imtahan verib. Məlumat üçün qeyd edək ki, bu gün ümumilikdə Bakı və Sumqayıt şəhərləri üzrə 86 imtahan mərkəzində 42479 şagird imtahan verib.İmtahan test suallarının sayı 50-dir. Bu sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə fənninə) aiddir.

 Şagirdlər 1,5 saat ərzində sualları cavablandırıblar.

Təhsil Nazirliyindən saytımıza verilən məlumata görə,

bu gün Bakı və Sumqayıt şəhərlərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə də buraxılış imtahanları keçirilib. 

 

Nazirlikdən deyiblər ki, orta məktəblərdə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 24 - 25-də açıqlanacaq. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı