Ali təhsil müəssisələrinə və texnikumlara keçiriləcək qəbul imtahanları ilə bağlı vətəndaşların şikayətlərinə baxılması üçün Tələbə Qəbulu ürzə Dövlət Komissiyası (TQDK) tərəfindən əvvəlki illərdə olduğu kimi bu ildə Apellyasiya komissiyaları yaradılacaq. Modern.az xəbər verir ki, TQDK-nın məlumatına görə, Apelyasiya komissiyaları yalnız elan edilmiş tarixlərdə müraciətə baxacaq.
Abituriyentlər qəbul imtanlarının gedişi, test tapşırıqları ilə əlaqədar müraciətlərini 3-cü qrup üzrə iyulun 5-də, 1-ci qrup üzrə iyulun 12-də , 4-cü qrup üzrə iyulun 18-də, 2-ci qrup üzrə isə iyulun 24-də Apellyasiya komissiyalarına təqdim edə bilərlər. Abituriyent Apellyasiya komissiyasına şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə, şəxsən müraciət etməlidir. Apellyasiya komissiyalarının işi başa çatdıqdan sonra imtahanla bağlı heç bir müraciətə baxılmayacaq.
TQDK-da onu da bildiriblər ki, ərizə forması, cavab kartıının doldurulmasında texnoliji səhvlərə yol verilməsi kimi abituriyentlərin şikayətlərinə baxılmayacaq. Modern.az