Modern.az

500-dək məcburi köçkün tələbə beynəlxalq aləmə müraciət etdi

500-dək məcburi köçkün tələbə beynəlxalq aləmə müraciət etdi

Ölkə

18 İyun 2010, 16:20

Azərbaycanın ali məktəblərində təhsil alan 500-dək məcburi köçkün tələbə dünyanın ayrı-ayrı ölkələrinin parlamentlərinə, dünyanın tanınmış universitetlərinə, beynəlxalq təşkilatlara, tələbə birliklərinə müraciət edib.

Modern.az-ın məlumatına görə, azərbaycanlı məcburi köçkün tələbələrin müraciətini Bakı Dövlət Universiteti, Parlament Jurnalistləri Birliyi və Gənclər Təşkilatları Milli Şurası təşkil edib. Məlumatı saytımıza

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı verib.

Tələbələrin müraciətində bildirlir: - Çağdaş zamanda  hər kəs dünyanın bərabərhüqüqlu sakini hesab olunur. İndi sivilizasiyanın elə bir kəsiyidir ki, insanlar biri-birinə problem yaratmalı deyil, biri-birlərinin problemlərinin həllinə yardımçı olmalıdır. Biz hesab edirik ki, müasir insanlar belə düşüncəyə malik olmalı, biri-birlərinə sahib çıxmağı bacarmalıdırlar. Qlobollaşan dünya bundan keçir. Feodal düşüncə tərzi modern dünyanın tələblərinə tamamilə ziddir və yalnz elm, təhsil, mədəniyyət və insanlıq istiqamətində atılan addımlar Yer Kürsini firəvanlığa apara bilər.

Bütün bunlar həm də tələbə olaraq bizlərin arzusudur. Amma bizlər XXI əsrdə elə bir problemlə üzləşmişik ki, belə məqamları yalnız feodal dövrünə aid etmək olar. İyirmi ildən artıqdır ki, öz evimizə gedə bilimirik. Doğma Vətənimizi valideynlərimizin bizə danışdıqları təəssüratlarla xatırlayırıq. Ulu valdeynlərimizin, əzizlərimizin qəbirlərini ziyarət etmək imkanımız yoxdur. Bir sözlə, XXI əsrdə yaşasaq da, öz evimizə gedə bilmirik. Səbəbini bilirsinizmi? Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Bizlərə qarşı soyqırımı həyata keçiriblər. İyirmi ildir ki, bu istiqamətdə aparılan danışıqlar Ermənistanın təqsiri ucbatından nəticə vermir. Valideynlərimiz “Vətən” deyə-deyə dünyalarını dəyişirlər.

Təbii ki, belə bir gərginlik bütövlükdə bizlərin həyatına mənfi təsir edir, bütün inasani hüquqlarımızı pozur, bizim insan kimi yaşamamıza mane olur. Biz nə edək? Müharibəmi edək? Kütləvi insan qırğını ilə müşaiyət olunacaq belə dəhşətlər indiki zamanda niyə olmalıdır? Niyə Ermənstan bizim dünyamızı fəlakətə sürükləyir? Axı biz öz evimizə getmək istəyirik. Bu, bizim haqqımız deyilmi? Bu haqqımızın özümüzə qaytarılmasında sizlərdən kömək istəyirik. Məhz 20 iyun Beynəlxalq Qaçqınlar günündə sizlərə müraciət edərək üzləşdiyimiz promlemin həllində dəstəyinizi istəyirik. Bir anlıq ozünüzü bizim yerimizdə təsəvür edin və öz evimizə getməyimizdə bizə kömək edin.

 

Sizlərdən cavab gözləyirik!

Modern.az

 

 

    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı