«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi («ƏBİ» İB) monitorinq qrupunun təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə bazarda mövsüm üçün xarakterik omayan passivlik davam edir. İctimai Birlikdən Modern.az-a verilən məluamata görə, avtomobil bazarında təklifin azalması müşahidə olunsa da, təklif hələki tələbi üstələyir. Son vaxtlar satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki azalma qeydə alınıb.
Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı baraıda 38,96% təşkil edir. Araşdırmalar göstərir ki, «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ümumilikdə 9 markanın təklif üzrə payı 82,3% təşkil edib. Yerdə qalan 17,7% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.
Modern.az