Modern.az

Bu şirkətlər kredit bürolarına məlumat verməyə məcbur olacaq

Bu şirkətlər kredit bürolarına məlumat verməyə məcbur olacaq

Parlament

Bu gün, 14:02

Azərbaycanda maliyyə icarəsi (lizinq) əməliyyatları ilk dəfə olaraq kredit tarixçəsinin formalaşmasında nəzərə alınacaq.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, maliyyə icarəsi verənlər hər bir icarəçi barədə məlumatları Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit reyestrinə, eləcə də fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməyə borclu olacaq.

Bu yenilik faktiki olaraq lizinq əməliyyatlarını bank kreditlərinə yaxınlaşdırır. Belə ki, indiyədək lizinq üzrə öhdəliklər kredit tarixçəsində tam əks olunmurdu və bu da bəzi hallarda borclanmanın real vəziyyətini gizlədirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!