Modern.az

BMU-nun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olundu

BMU-nun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olundu

Aktual

Bu gün, 13:24

Bakı Mühəndislik Universitetinin (BMU) Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub.

BMU-dan Modern.az-a bildirilib ki, “Hidroksil-funksionallaşdırılmış kationik səthi-aktiv maddələrin müqayisəli tədqiqi: sintezi, xarakteristikası və ekoloji tətbiqləri” (Comparative study of hydroxyl-functionalized cationic surfactants: synthesis, characterization, and environmental applications) adlı məqalənin nəşr olunduğu “International Journal of Environmental Science and Technology” jurnalı “Scopus” bazasında Q1 kateqoriyasında yer alır.

Tədqiqat işində hidroksil qrup saxlayan kation-aktiv səthi-aktiv maddələrin sintezi, xarakteristikası və ətraf mühitdə tətbiq imkanları müqayisəli şəkildə araşdırılıb. Məqalədə bu birləşmələrin sulu məhlullardakı kolloid xassələri, səthi gərilmə göstəriciləri, elektrik keçiriciliyi, misella əmələgəlmə xüsusiyyətləri, eləcə də antimikrob aktivliyi öyrənilib. Bununla yanaşı, həmin maddələrin su səthində neft mənşəli nazik təbəqələrin toplanmasında effektivliyi də qiymətləndirilib.

Araşdırmanın nəticələri yeni funksional səthi-aktiv maddələrin hazırlanması, onların ekoloji istiqamətdə tətbiqi və praktik istifadəsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!