Azərbaycanda lizinq şirkətlərinin maliyyə imkanlarını genişləndirən yeni mexanizm tətbiq olunur.
Modern.az xəbər verir ki, bu, “Maliyyə icarəsi haqqında” qanun layihəsində nəzərdə tutulur.
Layihəyə əsasən, maliyyə icarəsi verənlər lizinq obyektini borc vəsaiti cəlb etmək məqsədilə girov və ya ipoteka predmeti kimi istifadə edə biləcəklər.
Həmçinin layihədə bildirilib ki, tərəflərin razılığı ilə lizinq ödənişlərinə 180 günədək möhlət verilə bilər.
O da bildirilib ki, icarəçinin borclarına görə üçüncü şəxslərin lizinq obyektinə tələb yönəltməsi mümkün olmayacaq.
Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “lizinq”, “maliyyə icarəsi” və oxşar ifadələrdən istifadə etməsi qadağan edilir.