Modern.az

Lizinqdən istifadə məhdudlaşdırılır

Lizinqdən istifadə məhdudlaşdırılır

Parlament

Bu gün, 14:00

Azərbaycanda maliyyə icarəsi (lizinq) xidmətindən istifadə edə biləcək şəxslərin dairəsi dəqiqləşdirilir.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə icarəsi alan (icarəçi) qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə biləcəklər. Bu isə o deməkdir ki, adi fiziki şəxslər bu mexanizmdən istifadə edə bilməyəcək.

Qeyd olunur ki, bu yanaşma maliyyə icarəsinin mahiyyətcə sahibkarlıq fəaliyyəti ilə bağlı olması ilə əsaslandırılır və Vergi Məcəlləsində mövcud yanaşmaya uyğunlaşdırılır.

Bununla yanaşı, layihə ilə maliyyə icarəsi vasitəsilə biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və iqtisadi aktivliyin artırılması hədəflənir.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!