Modern.az

11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı

11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı

Aktual

22 Aprel 2026, 13:20

Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriki oğurlayıblar.

Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ