Lizinq müqavilələri sərtləşdirilir.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, maliyyə icarəsi müqaviləsində ödənişlərin ümumi məbləği, qrafiki, tərəflərin hüquq və vəzifələri, eləcə də müqavilənin vaxtından əvvəl ləğvi şərtləri mütləq şəkildə göstərilməlidir.
Sənədə görə, maliyyə icarəsi ödənişlərinə əmlakın alınması xərcləri, faizlər, sığorta haqları və icarəyə verənin gəliri daxil ediləcək.
Bununla yanaşı, layihədə risk bölgüsü də dəqiqləşdirilir. Belə ki, maliyyə icarəsi obyektinin zədələnməsi, itirilməsi və ya sıradan çıxması ilə bağlı risklər, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, əmlakın qəbul edildiyi andan etibarən icarəçinin üzərinə düşəcək.
Eyni zamanda, ödənişlərin gecikdirilməsi və ya müqavilə şərtlərinin pozulması hallarında müqavilənin vaxtından əvvəl ləğvi mümkün olacaq.