Modern.az

Salyanda Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olundu

Salyanda Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olundu

Ölkə

Bu gün, 19:49

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar RİH başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatı Günay Ağamalı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, “N” saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin çoxsaylı  nümayəndələri Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Modern.az xəbər verir ki, rəsmi hissədən sonra tədbir Heydər Əliyev adına meydanda zəngin və rəngarəng konsert proqramı ilə davam edib.

Konsert proqramında Respublikanın tanınmış mədəniyyət, incəsənət ustaları, sevilən müğənnilər və yerli özfəaliyyət kollektivləri tərəfindən Ulu Öndər Heydər Əliyevə, müstəqil Azərbaycana, Vətənə və qəhrəmanlıq ruhuna həsr olunmuş mahnılar səsləndirilib. Vətənpərvərlik ruhunda təqdim olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb, parkda bayram ab-havası hökm sürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV