Modern.az

Ailə mübahisələri: məhkəmələr 46 min işə baxıb 

Ailə mübahisələri: məhkəmələr 46 min işə baxıb 

Ölkə

Bu gün, 15:19

2025-ci ildə Azərbaycanda ailə mübahisələri ilə bağlı məhkəmələrin icraatında 46219 mülki iş olub. Onların böyük hissəsini nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı mübahisələr təşkil edib.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Bildirilib ki, 2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı 46219 olub.

Hesabata əsasən, bu işlərdən 29068-i nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi üzrə olub. O cümlədən aliment təyini ilə bağlı 11964 iş icraatda olub.

Qeyd olunub ki, məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı 983 işə baxılıb.

Sənədə görə, övladlığa götürmə ilə bağlı 256, övladlığa götürmənin ləğvi ilə bağlı isə 35 iş qeydə alınıb.

Məlumatda bildirilib ki, valideynlik hüquqlarından məhrum etmə ilə bağlı 155, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 21 iş icraatda olub.

Həmçinin uşaq tələbi üzrə 1019, uşaqla ünsiyyətdə olmaqla bağlı 1965 işə baxılıb.

Hesabatda qeyd edilib ki, valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı 970 iş qeydə alınıb.

Bundan başqa, alimentin təyin edilməsi tələbi üzrə 4712, alimentin artırılması ilə bağlı 1489, alimentin azaldılması ilə bağlı isə 986 iş icraatda olub.

Ailə münasibətləri üzrə sair iddiaların sayı isə 4560 təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı