Modern.az

Azərbaycanda qadın polis, prokuror, hərbçi və hakimlərin SAYI

Azərbaycanda qadın polis, prokuror, hərbçi və hakimlərin SAYI

Ölkə

Bu gün, 15:07

Azərbaycanda qadın polis, prokuror və hakimlərin sayı açıqlanıb. Statistikaya görə, Daxili İşlər Nazirliyində çalışan qadınların sayı 4 mini keçib.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Güc strukturları

Hesabatda bildirilib ki, 2025-ci ildə prokurorluq orqanlarında 1279 nəfər işləyib. Onlardan 125-i qadın, 1154-ü kişi olub. Rəhbər vəzifələrdə işləyən şəxslərdən 13-ü qadın olub.

Qeyd olunub ki, prokuror vəzifəsində çalışan qadınların sayı 60 nəfər təşkil edib. Kişi prokurorların sayı isə 482 olub.

Məlumata əsasən, Penitensiar xidmətdə çalışan işçilərin 8%-ni qadınlar təşkil edib.

Daxili İşlər Nazirliyində xidmət edən əməkdaşların 12%-i və ya 4134 nəfəri qadın olub. DİN-də rəhbər vəzifələrdə çalışan qadınların sayı isə 64 nəfər təşkil edib.

Hesabatda qeyd olunub ki, 2025-ci ildə Polis Akademiyasına qəbul olunmuş 3267 nəfərdən 24-ü qadın olub. Onlardan 3243-ü kişi təşkil edib.

Həmçinin Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərlə bağlı statistikaya əsasən, zabit və gizir qadın hərbi qulluqçuların sayı 329 nəfər olub.

Qeyd olunub ki, müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçuların sayı 1602 nəfər təşkil edib.

Məlumata əsasən, qadın mülki işçilərin sayı 10218 nəfər olub.

Sənədə görə, rəhbər vəzifədə çalışan qadın hərbi qulluqçuların sayı 4, rəhbər vəzifədə çalışan qadın mülki işçilərin sayı isə 2 nəfərdir.

Hesabatda Dövlət Təhlükəsizlik Xidmətində çalışan qadınlarla bağlı məlumatlar da yer alıb.

Bildirilib ki, 2025-ci ildə Dövlət Təhlükəsizlik Xidmətində (DTX) qadınların hərbi xidmətə qəbulu, onların məsul vəzifələrə cəlb edilməsi və hərbi rütbələrinin artırılması tədbirləri davam etdirilib.

Qeyd olunub ki, hazırda DTX-da çalışanların 22%-ni qadınlar təşkil edir və onlardan 38 nəfəri rəhbər vəzifələr tutur. 2024-cü ildə bu rəqəm 34 nəfər olub.

Məlumata əsasən, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının ümumi işçi sayında qadınlar 13%, kişilər isə 87% təşkil edir. Rəhbər vəzifələrdə çalışan işçilərin 1,52%-ni qadınlar təşkil edib.

Sənədə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümumi heyətin 68%-ni kişilər, 32%-ni qadınlar təşkil edib. Rəhbər vəzifələrdə çalışanların isə 97%-i kişi, 3%-i qadın olub.

Məhkəmə-hüquq və ədliyyə sistemi

Sənədə əsasən, 2025-ci ildə hakimlərin ümumi sayı 676 nəfər olub, onlardan 194-ü qadındır. Məhkəmə sədrlərinin sayı 109 nəfər təşkil edib ki, onların 6-sı qadın olub.

Kollegiya sədrlərinin sayı 26 nəfər olub, onlardan 3-ü qadındır.

Birinci instansiya məhkəmələrində 167 qadın hakim çalışır. Apellyasiya instansiyasında 23, kassasiya instansiyasında isə 4 qadın hakim fəaliyyət göstərir.

Hesabatda bildirilib ki, məhkəmə aparatlarında çalışan işçilərin 54,5%-ni qadınlar təşkil edir. 1701 qadın məhkəmə aparatlarında çalışır. Rəhbər vəzifələrdə işləyən qadınların sayı isə 14 nəfərdir.

Məhkəmə-Hüquq Şurasının Aparatında çalışan kişilərin sayı 30, qadınların sayı isə 12 nəfər olub. Rəhbər vəzifədə çalışan kişilərin sayı 13 nəfər təşkil edib.

Ədliyyə Nazirliyi sistemində işləyənlərin 20,7%-ni qadınlar təşkil edib. Xüsusi notariusların 16,7%-i qadın olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı