Modern.az

Qızların ən çox bu universitetləri seçir - SİYAHI

Qızların ən çox bu universitetləri seçir - SİYAHI

Ölkə

Bu gün, 15:12

Azərbaycanda qız və oğlan tələbələrin ən çox üstünlük təşkil etdiyi universitetlər açıqlanıb. 

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, 2025/2026-cı tədris ili üzrə ali məktəblərə qəbul olunanların ümumi sayı 54836 nəfər olub. Onlardan 30241-i və ya 55,15%-i qız, 24595-i və ya 44,85%-i oğlan olub.

Bakı Dövlət Universitetinə qəbul olunanların 67,80%-i qız, 32,20%-i oğlan olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qəbul olunanların 61,67%-ni oğlanlar, 38,33%-ni qızlar təşkil edib.

Azərbaycan Texniki Universitetində qəbul olunanların 73,86%-i oğlan, 26,14%-i qız olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində 58,52% oğlan, 41,48% qız qəbul olunub.

Azərbaycan Tibb Universitetində qəbul olunanların 69,99%-i qız, 30,01%-i oğlan olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində qəbul olunanların 85,84%-i qız, 14,16%-i oğlan təşkil edib.

Azərbaycan Dövlət İqtisad Universitetində gender balansı demək olar bərabər olub — 51,10% oğlan, 48,90% qız.

Azərbaycan Dillər Universitetində qəbul olunanların 82,96%-ni qızlar təşkil edib.

Bakı Slavyan Universitetində qəbul olunanların 82,06%-i qız, 17,94%-i oğlan olub.

Bakı Mühəndislik Universitetində 58,41% oğlan, 41,59% qız qəbul olunub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında qəbul olunanların 53,69%-i oğlan, 46,31%-i qız olub.

ADA Universitetində qəbul olunanların 52,42%-i qız, 47,58%-i oğlan olub.

Bakı Musiqi Akademiyasında qəbul olunanların 75,40%-i qız təşkil edib.

Azərbaycan Milli Konservatoriyasında 54,89% oğlan, 45,11% qız qəbul olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qəbul olunanların 69,71%-i qız olub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qəbul olunanların 89,23%-ni qızlar təşkil edib.

Azərbaycan Turizm və Menecment Universitetində gender balansı demək olar bərabər olub — 50,97% oğlan, 49,03% qız.

Bakı Xoreoqrafiya Akademiyasında qəbul olunanların 51,61%-i qız, 48,39%-i oğlan olub.

Azərbaycan İdman Akademiyasında qəbul olunanların 88,56%-i oğlan, 11,44%-i qız təşkil edib.

Milli Aviasiya Akademiyasında qəbul olunanların 62,10%-i oğlan olub.

Azərbaycan Dövlət Dəniz Akademiyasında qəbul olunanların 98,80%-i oğlan, cəmi 1,20%-i qız olub.

Bakı Ali Neft Məktəbində qəbul olunanların 65,99%-i oğlan olub.

Dövlət Gömrük Komitəsinin Akademiyasında 57,14% oğlan, 42,86% qız qəbul olunub.

Naxçıvan Dövlət Universitetində qəbul olunanların 60,28%-i qız, 39,72%-i oğlan olub.

Naxçıvan Müəllimlər İnstitutunda qəbul olunanların 87,63%-i qız təşkil edib.

Azərbaycan Dövlət Aqrar Universitetində qəbul olunanların 67,31%-i oğlan olub.

Gəncə Dövlət Universitetində qəbul olunanların 64,40%-i qız olub.

Azərbaycan Texnologiya Universitetində qəbul olunanların 69,64%-i oğlan təşkil edib.

Sumqayıt Dövlət Universitetində qəbul olunanların 54,67%-i qız olub.

Mingəçevir Dövlət Universitetində qəbul olunanların 55,72%-i qız, 44,28%-i oğlan olub.

Lənkəran Dövlət Universitetində qəbul olunanların 53,34%-i qız olub.

Qarabağ Universitetində qəbul olunanların 57,88%-ni qızlar təşkil edib.

Türkiyə-Azərbaycan Universitetində qəbul olunanların 66,30%-i oğlan olub.

Azərbaycan İlahiyyat İnstitutunda qəbul olunanların 68,83%-i oğlan, 31,17%-i qız təşkil edib.

Azərbaycan Kooperasiya Universitetində gender balansı demək olar bərabər olub — 51,74% oğlan, 48,26% qız.

Azərbaycan Universitetində qəbul olunanların 58,98%-i qız olub.

Qərbi Kaspi Universitetində qəbul olunanların 58,71%-i qız təşkil edib.

Xəzər Universitetində qəbul olunanların 70,45%-i qız olub.

Bakı Avrasiya Universitetində qəbul olunanların 72,46%-i qız təşkil edib.

Bakı Qızlar Universitetində qəbul olunanların hamısını qızlar təşkil edib.

Odlar Yurdu Universitetində qəbul olunanların 62,28%-i qız olub.

Bakı Biznes Universitetində qəbul olunanların 56,21%-i qız təşkil edib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında qəbul olunanların 67,45%-i qız təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı