Modern.az

Ağalar Vəliyev seçicilərinə bayram sovqatları göndərib

Ağalar Vəliyev seçicilərinə bayram sovqatları göndərib

Ölkə

Bu gün, 18:42

 

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik ünvanlayıb, onlara səmimi diləklərini və xoş arzularını yetirib. 

Azərbaycan xalqı Qurban bayramını Prezident İlham Əliyevin rəhbərliyilə müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmdə qeyd edir.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Qurban bayramı günlərində Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, ölkəmizin firavanlığı və xalqımızın rifahı naminə dualar oxunur. 

Deputatın ofisindən daxil olan məlumata əsasən milli, mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olaraq Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 3 nəfəri şəhid ailəsi üzvü, 1 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfər isə ağsaqqal ziyalı olmaqla, hər il ümumilikdə 5 nəfər, o cümlədən bu il Xaçmaz rayonundan şəhid anaları Məlahət Mürsəliyeva, Zəminə Ağasiyeva, Yeganə Tağıyeva, Vətən müharibəsinin qazisi Akif Novruzov və rayon ağsaqqalı Nəzər Qafarov Həcc ziyarətinə göndərilib. 

Eyni zamanda millət vəkili tərəfindən Qurban bayramı münasibətilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə bir sıra yaşayış məntəqələrində 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəsinə, eləcə də Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından 255 ağsaqqala, ümumilikdə 1280 ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları və qurbanlıq ət payları çatdırılıb. 

Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. 

 

 

  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı