Modern.az

41 çempion ali məktəbə müsabiqədənkənar daxil olacaq

41 çempion ali məktəbə müsabiqədənkənar daxil olacaq

Ölkə

9 İyul 2010, 12:47

“Bu il 41 nəfər Dünya və Avropa çempionu müsabiqədənkənar Bədən Tərbiyə və İdman Akademiyasına qəbul olunacaq. Artıq bu təsdiq olunub”. Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə söyləyib: “Onların hamısı idmançılardı. Onların müraciətləri yoxlanılıb. Siyahı da artıq təsdiq olunub. Təsviri incəsənətdə ifaçılıq üzrə isə 6 nəfər qabiliyyət imtahanından azad olunub. Onlar beynəlxalq müsabiqələrin qalibləridir. Test imtahanında 100-150  arası bal toplayıblar. Müsabiqədənkənar Musiqi Akademiyasına qəbul olunacaqlar”.

M.Abbaszadə onu da qeyd edib ki, xüsusi qabiliyyət tələb edən imtahanlar başlayıb. “Qabiliyyət imtanında iştirak edəcək abituriyentlər test imtahanlarındakı nəticələri belədir: 8 nəfər 100 baldan, 3 nəfər isə 150 baldan  yuxarı nəticə göstərib. Burada kifayət qədər müsabiqə vəziyyəti var”. Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı