Türkiyənin populyar “Kurtlar vadisi” teleserialı təkcə film kimi maraqlı deyil, burada ayrı-ayrı obrazlar tərəfindən səsləndirilən ibrətamiz kəlamlar diqqətləri özünə çəkir.
Yaşamaq üçün yalvarmadıq, ölmək üçün yalvarmarıq;
Ölənin arxasından ağlama ki, sən öldükdən də sonrada arxandan ağlayan buraxmayasan; Ağıllı insanlar yeni fikirləri müzakirə edərlər, normal insanlar nəticələri, kiçik insanlar isə başqa insanları; Bir yerdə kiçik insanların böyük kölgələri olursa, orda günəş batır deməkdir; Əgər biri səni aldatmışsa, bu onun günahıdır. Əgər o adam səni xeyli aldatmışsa, bu sənin günahındır; Heçvaxt bəzilərinin ümüdünü qırma, bəlkə də sahib olduqları tək şey odur; Eyni dili danışanlar deyil, eyni duyğunu bölüşənlər anlaşa bilər; Dostun dostumdur, düşmənin düşmənim; Sonunu düşünənlər qəhrəman ola bilməz; Dünya bir gündür, o da bugündür; Biz belimizə silahı silahla vurulmak üçün bağladıq; Sən, sən ol! Heç vaxt biz olma; Atasını tanımayan, it arxasında gəzər; İki nəfərin bildiyi sirr, sirr deyil; Biz ölməyi çoxdan gözə aldıq da, yanımızda kimləri götürəcəyik onu fikirləşirik; İnsana güvənmə ölür, ağaca söykənmə quruyur; “Kurtlar vadisi”ndə ölüm, gözlənilməz adamdan, gözlənilməz zamanda gələ bilər;
Qurtluqda qanun düşəni yeməkdir; Azdan az, çoxdan çox gedər; Şanımızın böyüklüyü, dostlarımızın büyüklüyündəndir; Qəhbəlik gizli edilər, amma gizli qalmaz; Nə sevdiyim üçün yaşaya bilirəm, nə vətən üçün ölə bilirəm; Allah ilə şərik olanın alacağı, dövlət ilə ortaq olanın verəcəyi çox olurmuş; Bəyazın taleyi kirlənmək, siyahın taleyi suçlanmaqdır; “Kurtlar vadisi”ndə ölüm, həyatdan daha haqdır; “Kurtlar vadisi”ndə heç kəs canından əmin ola bilməz...