Modern.az

Amerika erməniləri Metyu Brayzanı ləkələməyə çalışır

Amerika erməniləri Metyu Brayzanı ləkələməyə çalışır

Ölkə

22 İyul 2010, 10:00

Amerika Erməni Konqresi Birləşmiş Ştatların Azərbaycana yeni səfir təyin etməyə hazırlaşdığı Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanı ləkələyən 9 səhifəlik kompromat-məruzə hazırlayıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki,  erməni diasporası Brayzanın həyat yoldaşının türk olmasına diqqət yetirir. Qeyd olunur ki, Brayzanın xanımı Zeyno Baran  Amerikadakı Xadson İnstitutunun Avrasiya siyasəti mərkəzinin direktorudur.  Məruzədə qeyd olunur ki, Xadson institutu ABŞ-ın Azərbaycandakı diplomatik fəaliyətindən gəlirlər əldə edib. Baranın təşəbbüsü ilə Türkiyə və Azərbaycanın işgüzar dairələri tərəfindən maliyyələşdirilən bir sıra konfranslar keçirilib.

 

AEK iddia edir ki, Brayza və Zeyno Baranın toy mərasimini keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev maliyyələşdirib.

 

AEK qeyd edir ki,  etik normalar üzrə Amerika federal qanunları  hər hansı məmurun və ya onun arvadının hökumətin müəyyən məsələrinin həllində şəxsi iştirakını qadağan edir.

  

AEK iddia edir ki, Barak Obama administasiyası  Qarabağ münaqişəşinin millətlərin öz müqəddəratını təyin etmə hüquqi əsasında həllinə  üstünlük versə də, Brayza Azərbaycanın xeyrinə olaraq ərazi bütövlüyü prinsipini həmişə ön plana çəkib.

AEK həyasızcasına  iddia edir ki,  Mety Brayza Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə yalan danışıb.

 

Brayzanın ABŞ dövlət katibi müavininin köməkçisi olduğu vaxtda Dövlət Departamentinin insan haqları üzrə 2006-cı il hesabatında qeyd olunub ki, Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın ətraf  7 rayonunun işğalını davam etdirir.

 

Brayza Qarabağ məsələsində Ermənistana birtərəfli qaydada güzəştə getməsi üçün təzyiq göstərib. AEK qeyd edir ki, Brayza Madrid prinsiplərinə münasibətdə Amerika siyasətinin həyata keçirilməsində vacib rol oynayıb. Brayza qeyd edib ki, prinsiplər güzəştlərin balanslaşdırılmış kompleksidir.

 

Minsk qrupunun amerikalı həmsədri kimi Brayza Birləşmiş Ştatların Dağlıq Qarabağla əlaqələrini blokadaya alıb.  Açıq ünsiyyəti dəstəkləmək əvəzinə Brayza ABŞ və Qarabağ arasında qarşılıqlı anlaşmanı  köhnəlmiş və qeyri-produktiv metodlarla almağa çalışıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı