Modern.az

700 bal toplayan abituriyentlər (foto)

700 bal toplayan abituriyentlər (foto)

Ölkə

30 İyul 2010, 11:55

st1:*{behavior:url(#ieooui) }

Builki ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent  test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Qeyd edək ki, IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə də 2 nəfər 700 bal toplayıb. Yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib. Modern.az onlardan 3-nü oxuculara tanıdıb. Bu gün dördüncü 700 bal toplayan abituriyenti təqdim edirik. Beləliklə, müsahibimiz IV ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edən abituriyent Esmira Baxşəliyevadır.   “Yeddilər”in dördüncüsü ilə tanış olaq. IV ixtisas qrupu üzrə imtahan verərək ən yüksək nəticə əldə edən Esmira Baxşəliyeva 1993-cü ildə Bakı şəhərində doğulub. Bakıda yaşayır.  Sabunçu rayon 73 saylı məktəb-liseyi bitirib. O, nə hazırlıq kursuna, nə də ki, repititor yanına gedib: “Özüm hazırlaşmışam. Hazırlıq kurslarına, repititor yanına getmədən 700 bal toplamağın mümkün olmadığı fikri ilə qətiyyən razılaşmıram. Mən özüm hazırlaşdım və 700 bal toplaya bildim. İstedad varsa, müəllim də səni istiqamətləndirirsə, toplamaq olar”.

 

Esmira belə uğur qazanmağını əzmlə çalışmaqda görür: “Əsas qarşına məqsəd qoymaqdı. Məktəbdən gələndə öncə dərslərimi oxuyurdum. Daha sonra əlavə olaraq özüm hazırlaşırdım. Əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının vəsaitlərindən istifadə edirdim. Demək olar ki, günüm oxumaqla keçirdi”.

 

Digər yüksək nəticə göstərən abituriyentlər kimi Esmira da heç vaxt sınaq imtahanlarında 700 bal toplamayıb: “Sınaqlarda 675-680 arası bal toplayırdım. Heç vaxt belə yüksək nəticəm olmayıb. Qarşıma məqsəd qoymuşdum ki, daha çox bal toplayım, ancaq 700 bal toplamaq sırf məqsədim olmayıb”.

 

“Qəbul imtahanında ən çox fizika və Azərbaycan dili fənlərindən ehtiyat edirdim. İmtahandan çıxandan sonra cavabları heç bir müəllimə yoxlatdırmadım. “Space” telekanalında yayımlanan verilişi gözlədim. İlk təbrik edən valideynlərim olub. Atamın hədiyyəsi də olub. Ancaq hələki başqa şəxslərin xüsusi hədiyyəsi olmayıb”- Esmira Baxşəliyeva belə deyir. 

IV qrup birincisi olan bu abituriyent ixtisas seçimində Tibb Univeristetinə üstünlük verəcək: “Müalicə işi ixtisasını seçəcəm. Bununla yanaşı, əgər mümkün olsa, xaricdə də təhsil almaq istərdim. Həkim olmaq uşaqlıqdan arzum olub. Bu sahəni özüm seçdim, valideynlərim də dəstəklədi”.

 

Esmira dərslərini oxumaqla yanaşı, boş vaxtlarında musiqiyə qulaq asmağı, pianino çalmağı xoşladığını söyləyir: “Asudə vaxtım çox az olurdu. Musiqi məktəbinə getməmişəm, pianino ilə həvəskar kimi məşğul oluram. Ən çox Teymur Əmrahın ifasında bəyəndiyim “Uzaq yaşıl ada” mahnısı pianinoda ifa etməyi xoşlayıram. Eyni zamanda dedektiv əsələri də oxumağı sevirəm. Çingiz Abdullayevin “ Mənim gözəl alibim” əsəri ən sevdiyim dedektiv əsərdi”.

İmtahanlarda yüksək nəticə göstərən Esmiranın gələcək abituriyyentlərə məsləhəti də var: “Aşağı sinifdən yaxşı oxumaq lazımdı. Seçdikləri ixtisas fənlərinə daha çox fikir versinlər, əzmlə, qarşılarına məqsəd qoyaraq çalışsınlar”.

Təhminə Paşayeva

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı