Modern.az

Bakıda yeni “Nissan Patrol” təqdim olundu (foto)

Bakıda yeni “Nissan Patrol” təqdim olundu (foto)

Ölkə

30 İyul 2010, 18:08

st1:*{behavior:url(#ieooui) }

İyulun 30-da “Nurgün Motors”da yeni “Nissan Patrol” avtomobilinin təqdimat mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, təqdimatı şirkətin marketinq meneceri İlkin Qurbanov edib. İ.Qurbanovun avtomobil barədəki qısa məlumatından sonra “Nissan Patrol”un tarixindən bəhs edən film nümayiş etdirilib.

 

Daha sonra çıxış edən “Nurgün Motors” şirkətinin brend meneceri Kamran Məmmədov “Nisan Patrol”un üstünlüklərindən danışıb.

Onun sözlərinə görə, 1951-ci ildə dünyaca məşhur “Nissan” avtomobillərinin 4x4 seqmentində debütü məhz “Nissan Patrol”la reallaşıb. “Nissan Patrol”in tarixi 4W60 markalı yolsuzluq avtomobilinin istifadəyə verilməsilə başlayıb. İlk “Patrol” açıq kuzovlu sadə, lakin etibarlı, 6 silindirli benzin mühərriki ilə təchiz olunmuş avtomobil olub.  

 İllər ötdükcə isə bu avtomobilə alıcıların tələbləri də dəyişib və “Nissan” bu tələblərə uyğun olaraq, “Patrol”un xarici görünüşünə əl gəzdirmək qərarına gəlib. Ötən əsrin 60-cı illərində “Nissan” bazara yeni  “Patrol 60 Series” modelini çıxarıb. Bu avtomobil 2 qapılı sərt kuzova və əvvəlkindən daha güclü mühərriyə malik idi.  “Nissan Patrol 60 Series” 1980-ci ilə qədər avtomobil bazarında mövcud olub.

1980-cı ildə isə yeni “Nissan Patrol 160” buraxılıb. “Nissan Patrol 160” müştəriyə həm müasir funksional avtomobil, həm də komfort, dizayn və yolsuzluq keyfiyyətlərini bəxş etdi. Bu maşın 6 silindirli 95 at gücünə malk 3.3 litrlik mühərrikə malik idi.

1988-ci ildə bazara daha yeni bir “Nissan Patrol” daxil olub. Bu “Nissan Patrol GR Y60” idi.

Onu isə 1998-ci ildə “Nissan Patrol Y61” əvəz etdi. Nəhayət 2010-cu il 14 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində çoxdan gözlənilən və maraqla izlənilən “bütün bölgənin, yerlərin qəhrəmanı” adlandırılan yeni “Nissan Patrol SUV”  təqdim olundu.  Bu ən son model avtomibil “Nissan Motor CO.LTD. CEO” tərəfindən rəsmilərə, VİP müştərilərə və Orta Şərq regionundan olan biznes qonaqlarına nümayiş etdirilib.

Yeni “Patrol”un daxili görünüşü də həmçinin dəri, cilalanmış alüminium və taxta paneldən istifadə olunaraq təkmilləşdirilib. Daha geniş, yüksək və dərin ön oturacaqlar, üçüncü cərgə oturacaqlarda olan genişlik kimi ikinci cərgə  sərnişinlər üçün “Patrol” 100 mm dən çox ayaq  qoyma yeri  təklif edir. Yeni Patrol öz sinfində ən güclü nəqliyyat vasitəsidir. Burada əsas texnolgiya nailiyyəti 4.8 litrdən inkişaf etdirilmiş və yeni mühərrikin əsas spesifikasiyasını təşkil edən “VK56VD” 5.6 litr V8 mü-hərrik (VVEl) və DİG texnologiyalarla, o isə öz növbəsində 400 at gücü və 560nm fırlanma momenti, yüksəldilmiş yanacaq effektivliyi ilə təchiz edilmişdir. Manual Shift Model 7 sürətli ötürücü və öz sələfindən geniş  avadanlıq nisbəti baxımından seçilən bu maşının hər komponenti maksimum  performans və rahatlıq üçün yeni-dən dizayn olunmuşdur.

 

Dünyada ilk dəfə olaraq yeni “Patrol” avtomobili maşının döngə dəyişərkən və ya döngəni dönərkən düz dayanmasına kömək edən və və qumlu cığırlarda, şəhər içi yollarda  rahat idarəçilik bəxş edən Hydraulic Body Motion Control System (hidravlik ku-zov idarəçiliyi sistemi) təchz edilib. “Patrol”da işlədilən yeni inkişaf etdirilmiş 4x4 rejim sistemi dəyişkən, müxtəlif 4x4 mod (rejim, hərəkət xarakteristikası) paketinə uyğunlaşdırılıb. O, sürücüyə tez bir zamanda, anında yüngül toxunuşla 4 -  qum, yol, qar və qaya rejimindən birini seçməyə imkan yaradır. Əlavə olaraq, “Patrol”da Yüksəkliyə Qalxma Köməyi və  Hündürlükdən Enmə İdarəçiliyini də düyməyə asan toxunuşla seçmək təklif olunur.

“Nissan Patrol” sürücüyə rahatlığı qoruyub saxlamağa, təhlükəli vəziyyəti aradan qaldırmağa və toqquşmanın qaçılmaz olduğu zaman zərəri azaltmağa kömək edən modern təhlükəsizlik texnologiyası əsasında işlənilib. Bu keyfiyyətlər dünyada “Təhlükəsizlik Sipəri”adı ilə tanınır. Bu sistemə Döngə Ayrılığı Xəbərdarlığı və Önləmə, Qoruma aiddir ki, bunlar da sürücüyə gözlənilməz döngələrdə vəziyyətdən çıxmağa kömək edir. Əgər sürücü gözləmədiyi anda döngəyə yaxınlaşırsa, bu zaman LDW sürücünü siqnalla xəbərdar edir və əyləcdə xüsusi işarə yaranır. İnteligent Maşın İdarəçiliyi sürət və ya məsafəni sabit saxlamaqla sürücünün məsuliy-yətini azaldır. Əgər nəqliyyatda az sürət dəyişikliyi tələb olunursa, o sürücüyə həm əyləclə, həm də sürətləndirmə ilə kömək edir. Məsafə İdarəçiliyi Köməyi ilə (DCA) xüsusilə tıxaclarda davamlı əyləc tələb olunduğu zaman sürücünün məsuliyyətini azaldaraq lazım olan işləri özü yerinə yetirir. İrəli toqquşma sistemi vasitəsi ilə sürücü təhlükə yaranmamışdan öncə siqnalla və əyləcdə işarə ilə xəbardar edilir. Bu sistemə Avtomatik Təhlükə xəbərdarlıq siqnalı da əlavə edilib. Nəqliyyatın Dinamik İdarəçiliyi Traction Control System, Helical Brake LSD və Mexaniki Differensial bağlanma  funksiyası “Patrol”a sürüşkən yol səthlərində dönüş dəyişərkən və ya  dönmə anında sabitliyini saxlamağa kömək edir. İnteligent Əyləc Köməyi sensoru nəqliyyatın önündə gedərək displeydə siqnalla və ya işarə ilə məlumatlandırır. Əgər o, toqquşmanın qaçılmaz olduğunu xəbər verirsə, hətta sürücünün hərəkətindən sonra, o, əyləcə nəqliyyat vasitəsini yavaşıtmaq üçün müraciət edir və təhlükəni azaltmağa kömək edir. “Patrol” həmçinin yüksəldilmiş 6 hava şarı konfiqurasiyasıyla təchiz olunub. Ön hissənin toqquşması zamanı avtomotik möhkəmləndirilmiş ön təhlükəsizlik kəmərləri və yük limitörləri quraşdırılıb. Digər təhlükəsizlik amili Crash sensitive Door Unlock-dur (qəza duyarlı qapı kilidinin açılması). Belə ki, qəza vəziyyəti zamanı sərnişinlərin sərbəst hərəkətini təmin et-mək üçün qapının kilidi öz-özünə açılır.

                            

 

 

Vüqar Ağamalıoğlu

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı