Modern.az

Bakıda üç ildir ovladı olmayan ailədə üçəm doğulub

Bakıda üç ildir ovladı olmayan ailədə üçəm doğulub

Ölkə

4 Avqust 2010, 11:29



Bakıda bir ailədə üçəm əkiz doğulub. Üçəmlər Mərkəzi Klinik Xəstəxanada Elnarə və Samir Hüseynovlar ailəsində dünyaya gəlib. Hüseynovlar 2007-ci ilin aprelində ailə qursalar da, üç il tale üzlərinə gülməyib. Ötən gün isə onların üç oğul övladları olub. Uşaqların atası Samir Hüseynov övladlarının hər üçünün oğlan olduğunu əvvəlcədən bilmədiklərini deyir.
Ultrasəs müayinəsi zamanı uşaqlardan yalnız birinin oğlan olduğunu biliblər. Bu səbəbdən də körpə hələ doğulmamış onun adını Ömər qoyublar. O biri iki körpəyə gəlincə, ata və ana uşaqlara nə ad qoyacaqlarını hələ bilmirlər. (ANS).

Uşaqların həkimi Sevda Həsənovanın sözlərinə görə, onların 34-cü həftələrində doğulmalarına baxmayaraq həyatları üçün heç bir təhlükə yoxdur. Erkən doğumun səbəbini 5 gün öncədən anada dölyanı mayenin axması ilə əlaqələndirən həkim uşaqların infeksiyalaşma riskləri olduğundan müəyyən müddət müalicələrinə ehtiyac olduğunu bildirir. Bunun da qarşısını almaq üçün üçəmlər hələ ki, bir həftə küveysdə saxlanacaq. Amma qeysəriyyə əməliyyatı ilə keçən doğuşu həkim normal qiymətləndirir. “Uşaqların çəkiləri 1,800, 1,860, 1,180 kq-dır. Riskli olduğu üçün müəyyən problemləri ortaya çıxa bilər”.

Küvesdə saxlanan üçəmlərin vəziyyəti normal olarsa bir həftədən sonra valideynlərinə təhvil veriləcək və evə yola salınacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı