Modern.az

İmtahanlarda ən yüksək bal toplayan gənclərə Prezident təqaüdü veriləcək

İmtahanlarda ən yüksək bal toplayan gənclərə Prezident təqaüdü veriləcək

Ölkə

6 Avqust 2010, 12:51

Son illər Azərbaycan Republikasının ali məktəblərinə keçirilən qəbul imtahanları zamanı ixtisaslar üzrə ən yüksək bal toplayan gənclərə prezident təqaüdü ayrılır. Bəs bu il neçə nəfərə prezident təqaüdü veriləcək?

Modern.az-ın məlumatına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbulun nəticələrinə görə prezident təqaüdü ala biləcək gənclərin sayı 100 nəfərdir.

M.Abbaszadənin sözlərinə görə, prezident təqaüdü ən yüksək bal toplayan və tələbə adını qazanan gənclərin adı ölkə başçısına təqdim olunandan sonra dövlət rəhbəri müvafiq sərəncam imzalayacaq.

Qeyd edək ki, ötən il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi barədə sərəncam imzalanmışdı. Prezident təqaüdünün məbləği 150 manat müəyən edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı