Modern.az

600-dən çox restoran və kafedə  at əti aşkarlandı - RƏSMİ

600-dən çox restoran və kafedə  at əti aşkarlandı - RƏSMİ

Ölkə

Bu gün, 00:03

7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib.

Onun sölərinə görə, AQTA-nın fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb:

"Məsələ, əslində, bundan əvvəl toxunduğumuz identifikasiya məsələsinin davamıdır. Bilavasitə identifikasiya ona görə tətbiq olunmalıdır ki, həm kəsim məntəqələrində, həm də ictimai iaşə müəssisələrində ətin üzərində effektiv nəzarəti həyata keçirmək mümkün olsun və keyfiyyətsiz, yararsız ətlər bu və ya digər yollarla ticarət şəbəkələrinə və ictimai iaşə müəssisələrinə daxil olmasın. Bu, bayaq haqqında danışdığımız identifikasiya sisteminin əsas tərkib hissələrindən biridir. Tərəfimizdən ictimai iaşə müəssisələrində mütəmadi monitorinqlər və yoxlamalar aparılır. Fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.

Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları regionda ən müasir laboratoriyalardan biridir. Bu yeganə laboratoriyadır ki, bizə 150 milyon toksik elementi təyin etmək imkanı verir. Eyni zamanda müxtəlif ət növlərinin genetik mənşəyini müəyyən edə bilirik. Bu da bizə imkan verir ki, saxtakarlıq hallarını aşkarlayaq. Məsələn, başqa mənşəli ətlər mal və ya qoyun əti adı altında məhsullara qatıldıqda bunu laborator müayinələr vasitəsilə müəyyən etmək mümkündür. Hesabat dövründə ictimai iaşə müəssisələrindən 500 kiloqrama yaxın yararsız ət dövriyyədən kənarlaşdırılıb. Bundan əlavə, laboratoriyalarımız müxtəlif məhsulların mənşəyini müəyyən etməklə yanaşı, GMO qalıqları və digər göstəricilər üzrə də ekspertizalar aparmaq imkanına malikdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada