Modern.az

Münasibətlərimiz hər zamankından güclüdür - Britaniya səfirliyi

Münasibətlərimiz hər zamankından güclüdür - Britaniya səfirliyi

Ölkə

Bu gün, 09:40

“Strateji Tərəfdaşlığın başlanması tarixi mərhələdir. Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər hər zamankından daha güclüdür”.

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.

Qeyd olunub ki, Strateji Tərəfdaşlıq iki ölkə arasında uzunmüddətli dostluğa əsaslanır. Bu çərçivədə iqtisadi artımın təşviqi, təhlükəsizliyin möhkəmləndirilməsi və innovasiyaların inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Səfirlik bu əməkdaşlığın Britaniya və Azərbaycan xalqlarına konkret faydalar gətirəcəyini və yeni imkanlar yaradacağını vurğulayıb.

Paylaşımda iki ölkə arasında əlaqələrin inkişafına töhfə verən dostların, tərəfdaşların, şirkətlərin, tələbələrin və icmaların rolu da xüsusi qeyd olunub.

“Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirik. Birlikdə münasibətlərimizin yeni mərhələsinə qədəm qoyuruq”, – deyə səfirlik bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz