Modern.az

Azərbaycan millisi bu gün Millətlər Liqasında son oyuna çıxır

Azərbaycan millisi bu gün Millətlər Liqasında son oyuna çıxır

İdman

Bu gün, 08:54

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirəcək.

Modern.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan komandamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Oyunu CBC Sport kanalıcanlı yayımlayacaq. Görüşün baş hakimi Kristo Tohver (Estoniya) olacaq.

Azərbaycan millisi hazırda 3 oyundan 5 xalla qrup lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədədir.

Yığmamız Lixtenşteynə qalib gələcəyi təqdirdə qrupu birinci yerdə başa vuracaq.

13 noyabr

23:45. Lixtenşteyn - Azərbaycan

 

Komanda

O

Q

H

M

Qollar

Xal

1

Azərbaycan

3

1

2

0

2:1

5

2

Litva

3

1

1

1

3:2

4

3

Lixtenşteyn

2

0

1

1

0:2

1

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz