ABŞ Prezidenti Donald Tramp Pentaqonun büdcəsinə əlavə olaraq 350 milyard dollar ayrılmasını tələb edib. O, bu vəsaitin ölkənin hərbi üstünlüyünün təmin edilməsi üçün zəruri olduğunu bildirib.
Modern.az xəbər verir ki, Tramp ABŞ Senatını 350 milyard dollarlıq əlavə maliyyələşdirmə haqqında qanun layihəsinə dərhal baxmağa çağırıb.
ABŞ prezidenti bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp əlavə edib ki, respublikaçılar hərbçilərə dəstək verməlidirlər:
“Respublikaçılar hərbçilərimizə dəstəyi təmin etməlidirlər. Demokratlar bunu heç vaxt etməyəcəklər. Artıq vaxtıdır”.