Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan 4 hərbçi həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, hələlik qəzanın səbəbi müəyyən edilməyib.Əraziyə çox sayda təcili tibbi yardım avtomobili, yanğınsöndürən və tibbi heyət cəlb olunub.
Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında şəhid olan hərbçilərin ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqa başsağlığı verilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.