Modern.az

Sumqayıtda yanacaq daşıyan avtomobil qatarla toqquşdu - VİDEO

Sumqayıtda yanacaq daşıyan avtomobil qatarla toqquşdu - VİDEO

Ölkə

1 İyul 2026, 00:53

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobil ilə qatarın toqquşması  barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Baş vermiş qəza zamanı yanacaq daşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?