Modern.az

Keçmiş döyüşçülər şəhid gizirin meyitinin alınması yolunu təklif ediblər

Keçmiş döyüşçülər şəhid gizirin meyitinin alınması yolunu təklif ediblər

Ölkə

9 Avqust 2010, 18:00


Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Milli Ordunun şəhid giziri Mübariz İbrahimovun meyitinin düşmən tərəfindən alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib, Bu barədə Modern.az saytına birliyin sədri Füzuli Rzaquliyev məlumat verib:
“Biz təklif etmışık ki, əgər ermənilər şəhidimizin cəsədini verməsələr, hansısa bir əməliyyat qurub hər hansı bir erməni əsir götürəcəyik, bundan sonra məsələni həll edəcəyik. Beynəlxalq qurumlara muraciətlər olunub. Bilirsiniz, Ermənistan beynəlxalq konvensiyaları həmişə pozur. Ən yaxşı forması odur ki, döyüşərək Milli Qəhrəman, şəhid gizirimiz Mübariz İbrahimovun heyfini alaq. Düzdür, Mübariz öz heyfini və bir çoxunun heyfini almış bir igiddir. Amma onun qanını yerdə qoymamalıyıq”.

Bu həftə Milli Qəhramanən ailəsinə baş çəkəcəklərini deyən keçmiş döyüşçü hesab edir ki, şəhidlik peyğəmbərdən sonra ən uca mərtəbədir:
“İndı Mübariz hər bir azərbaycanlı ailəsinin üzvüdür, hər birimizin qəlbində bir Mübariz yaşayır. Hesab edirəm ki, Mübariz atəşkəs dövründə aydın səmada bir şimşək kimi çaxdı və bir çox hissləri təzədən oyatdı. Mübariz böyük qəhrəmanlıq göstərib, onun atdığı addım böyük əks-səda doğurdu. Mübariz kimi oğlanlar Azərbaycanda bü gün çoxdu. Təbii ki, vətənpərvərlik ruhunu bir az da gücləndirmərk lazımdır, müharibə adamlarına qayğını daha da artırmaq lazımdır. Kütləvi İnformasiya Vasitələrində vətənpərvərlik yönümlü verlişlərə geniş yer ayırmaq lazımdır. Şou xarakterli verlişlərə son qoyulmalıdı. Sevindirici haldır ki, cənab Prezident Mübariz İbrahimova Milli Qəhrəman adı verdi, budan yüksək ad yoxdur. Bu gənclər üçün stimuldur”.

M.İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmanlıqla şəhid olub olub. M.İbrahimovun təkbaşına çoxlu erməni hərbçisini öldürməsi, ermənilərin səngərini alt-üst etməsi düşməni o qədər vahimələndirib ki, ermənilər hələ də onun meyitini verməməklə qisas almağa çalışırlar. 
 
Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı