Modern.az

Kambocada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

Kambocada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

Ölkə

Bu gün, 17:28

Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çea “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ idarəetmə modeli və göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

Milli brendimiz olan “ASAN xidmət”in 35-dən çox ölkəyə ixracı istiqamətində əməkdaşlıq edildiyi diqqətə çatıdırılıb.

Həmçinin görüş zamanı ötən ilin dekabr ayında Kambocanın müvafiq qurumu ilə imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülən işlər müzakirə olunub.

1535744

1535745

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə