Modern.az

Naxçıvanda 16 yaşlı şəxs bıçaqlandı

Naxçıvanda 16 yaşlı şəxs bıçaqlandı

Hadisə

Bu gün, 21:52

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib, saxlanılan var.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.

Xəsarət alan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən X.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...