Bir müddət öncə parlamentdə Azərbaycanda rayonların ləğv edilməsi, əvəzində quberniyaların yaradılması məsələsi gündəmə gətirilmişdi.
Modern.az saytı məsələnin nə yerdə olduğunu dəqiqləşdirmək üçün Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevlə əlaqə saxlayıb. Saytımıza açıqlamasında deputat indiki halda bu məsələnin gerçəkləşməsinin tərəfdarı olmadığını deyib: “Bu gün rayonlarda icra hakimiyyətləri normal şəkildə fəaliyyət göstərir və özlərini doğruldurlar. Onların fəaliyyətinin səmərəliliyi göz önündədir. Ona görə də yeni strukturun yaranmasına heç bir ehtiyac yoxdur. Ola bilsin ki, gələcəkdə belə struktur yaradılsın”.
Deputat onu da bildirib ki, bu məsələnin gerçəkləşməsi külli miqdarda vəsait tələb edir. Ona görə də bu barədə də düşünmək lazımdır.
Modern.az