İran İslam Respublikasının Bakıdakı Səfirliyi Azərbaycan vətəndaşlarını Pakistanda daşqın və sel ilə müşayiət olunan təbii fəlakətin milyonlarla insanın öz evlərindən didərgin düşməsilə nəticələndiyini nəzərə alaraq humanitar aksiyaya qoşulmağa çağırıb.
Səfirlikdən Modern.az-a verilən məlumatda bildirilb ki, Pakistanda evsiz qalan insanlara yardım məqsədilə Səfirlik tərəfindən İran Milli Bankının Bakı filialında 341102000004 nömrəli hesab açılıb.
“Allah sizlərin əziz həmvətnlərimiz və müsəlmanların bu yardım aksiyasında genişmiqyaslı və humanist iştirakından razı olacaq. İnşaallah!”-deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bundan öncə Pakistan səfirliyi də Azərbaycan vətəndaşlarına yardım üçün müraciət ünvanlayıb.
Modern.az