Qarşıdakı parlament seçkilərində bəzi sənət adamlarının, o cümlədən bir neçə tanınmış müğəninnin də namizəd olmağa hazırlaşdığı barədə məlumatlar var. Modern.az saytının məlumatına görə, Azərbaycanın xalq artisti, populyar muğənni Ağadadaş Ağayev də seçki marafonuna qoşulmaq niyyətindədir.
Özünü siyasətdə sınamaq qərarına gələn xalq artisti namizədliyini Cəlilabad seçki dairələrinin birindən verməyi planlaşdırır. Bu məqsədlə yaxın günlərdə Ağadadaş Ağayev seçkilərlə bağlı vəziyyəti qiymətləndirmək üçün doğulduğu rayona gedəcək. Yeni Azərbaycan Partiyasının üzvü olan Ağadadaş Ağayev seçkilərə müstəqil namizəd kimi qatılmaq niyyətindədir.
Xatırladaq ki, populyar müğənni indiki Tusi adına Azərbaycan Dövlət Pedaqoji Unversitetini (keçmiş Lenin adına APİ) bitirib.
Modern.az