Modern.az

Türk PA parlament seçkilərini izləyəcək

Türk PA parlament seçkilərini izləyəcək

Ölkə

25 Avqust 2010, 14:38

Modern.az xəbər verir ki, Türkdilli Ölkələrin Parlament Assamleyasının (Türk PA) baş katibi Ramil Həsənov bu gün mətbuat konfransı keçirib. R.Həsənov bildirib ki, qurum bir sıra beynəlxalq təşkilatlara əməkdaşlıqla bağlı müraciət edib.
Türk PA Baş Katibliyi Beynəlxalq Parlamentlər Birliyi, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, İslam Konfransı Təşkilatı Parlamentləri Birliyi və s. təşkilatlara müraciət edib.

R.Həsənov deyib ki, 2011-ci ilin martında Qazaxıstanın Astana şəhərində Tür kPA-nın növbəti toplantısı keçiriləcək. Həmin konfransda Türk PA-da 3 yeni komitənin – Humanitar və sosial məsələlər, İqtisadiyyat, ticarət və enerji məsələləri, Hüquq, beynəlxalq hüquq və parlamentlərarası əlaqələr komitənin yaradılmasına dair məsələlərə də baxılacaq.

R.Həsənov deyib ki, bu il sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxısan parlamentlərinin aparat rəhbərlərinin qeyri-rəsmi toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan Senatı və Məclisinin aparat rəhbərləri qatılacaq.

Sentyabrın 21-də isə Bakıda parlamentlərin aparat rəhbərlərinin iştirakı ilə tələbələr və media üçün dövlətlərarası əlaqələrin gücləndirilməsində parlamentlərin roluna həsr olunmuş konfrans keçiriləcək.
Türk PA quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində də iştirak etməyi planlaşdırır. R. Həsənovun sözlərinə görə, artıq Assambleyanın katibliyi sentyabrın 12-də Türkiyədə keçiriləcək referendumu izləmək üçün Türkiyəyə rəsmi müraciət edib. Baş katiblik eyni zamanda oktyabrda Qırğızıstanda, noyabrda isə Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün müvafiq dövlətlərə müraciətlər edib.

R. Həsənov həmçinin Türk PA-nın 2010-cu il üçün təsdiqlənən büdcəsini də açıqlayıb. Onun sözlərinə görə, bu ilin büdcəsi 300 min avro təşkil edir.

Türk PA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Qurum ötən ilin noyabrında yaradılıb.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı