Modern.az

AXCP-Müsavat əsl namizədlər siyahısını gizlədir?

AXCP-Müsavat əsl namizədlər siyahısını gizlədir?

Ölkə

26 Avqust 2010, 16:45

“Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı müəyyənləşdirdiyi və KİV-ə açıqladığı vahid namizəd siyahısı çox zəifdir. Onlar bu siyahı ilə seçkilərə getsələr, məğlubiyyətləri qaçılmazdır. Ona görə də hesab edirəm ki, AXCP-Müsavat parlament seçkilərinə mətbuata açıqlanan siyahı ilə getməyəcək”.
Bu sözləri AMİP-in seçki qərargahının rəhbəri Rəşad Bayramov Modern.az-a müxalifətin vahid seçki platformasının perspektivləri ilə bağlı danışarkən bildirib.

Elan edilmiş siyahının ciddi şəkildə dəyişdiriləcəyini deyən AMİP rəsmisi vurğulayıb ki,  hər iki partiya əsl namizədlərinin adının olduğu siyahını hələ açıqlamayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı