Modern.az

Səyyad Aran və Zəlimxan Yaqub seçkidə namizəd olacaq?

Səyyad Aran və Zəlimxan Yaqub seçkidə namizəd olacaq?

Ölkə

27 Avqust 2010, 12:07


Sabiq millət vəkilləri Səyyad Aran və Zəlimxan Yaqubun qarşıdan gələn parlament seçkılərində namizəd kimi iştirak edəcəkləri gözlənilir.

Bu barədə məlumat alan Modern.az məsələni dəqiqləşdirmək üçün həmin şəxslərin özləri ilə əlaqə saxlayıb.

Azərbaycanın İstanbuldakı sabiq konsulu Səyyad Aran bildirib ki, nəinki bu məsələ barədə, ümumiyyətlə jurnalistlərə müsahibə verməmək qərarını verib.

Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub isə namizədliyini irəli sürəcəyini istisna etməyib: “Ancaq hələlik bu məsələni yəqinləşdirməmişəm. Dəqiqlədirmədən sonra danışarıq”.

Xatırladaq ki, həm Səyyad Aran, həm də Zəlimxan Yaqub Üçüncü Çağırış Milli Məclisə seçkilər zamanı da namizədliklərini irəli sürmüşdülər və deputat mandatı qazana bilməmişdilər.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı