Modern.az

Xocəhəsən qəsəbəsində “konslager”

Xocəhəsən qəsəbəsində “konslager”

Ölkə

27 Avqust 2010, 16:42

Sakinlər qəsəbədən köçürüləcəkəkləri təqdirdə kütləvi aksiyalara başlayacaqlar

 
“Sədərək” Ticarət Mərkəzinə gedən yolun kənarında  yerləşən Xocahəsən qəsəbəsinə aid  ərazidə yaşayan 300 sakin xeyli müddətdir ki, blokada şəratində yaşamaq məcburiyyətindədir. Nə qədər təəccüblü və qəribə səslənsə də, artıq Xocəhəsən qəsəbəsi ərazisində “konslager”, yaxud  “rezarvasiya” yaradılıb. Bu ideyanın müəllifi isə “Binəqədi Oyl” Neft Şirkətidir. Bu “konslager”in əhatə etdiyi ərazi artıq 2 metr hündürlukdə daş hasarla dövrəyə alınıb. Daş hasar bəs etmirmiş kimi, onun üzərində  üçqat tikanlı məftil də çəkilib.

Belə ki, neçə müddətdir ki, əcnəbi neft kompaniysı olan “Binəqədi Oyl” Neft Şirkəti sakinlərin yaşadığı daş hasarla və tikanlı məftillərlə əhatələnmiş sahəyə bütün giriş-çıxışları bağlayıb. Bu barədə Modern.az-a qəsəbə sakinləri məlumat veriblər. Onlar deyiblər ki, yalnız adamların giriş-çıxış üçün bir yer saxlanılıb. Sakinlər və nəqliyyat vasitələri ancaq buradan əraziyə daxil ola bilirər.

Amma “Binəqədi Oyl” Neft Şirkəti bunu da sakinlərə çox gorüb və “konslager”in “rejim şərtləri”ni bir az da sərtləşdirmək qərarına gəlib. Şirkət hasarlanmış əraziyə daxil olmaq üçün saxlanmış “həyat keçidi”nə indi dəmir darvaza qoymaq niyyətindədir. Bu barədə əraziyə gələn polislər sakinləri xəbərdar ediblər. Onlar bildiriblər ki, bir neçə gündən sonra darvaza qoyulacaq və nəqliyyat vasitələri əraziyə buraxılmayacaq. Sakinlərin etirazlarına cavab verən polislər bildiriblər ki, onlar əmri yerinə yetirirlər. Sakinlər gedib şirkətlə dil tapsınlar.

Redaksiyamızla əlaqə saxlayıb bizi “konslager”ə dəvət edən sakinlər bildirdilər ki, uşaqların yaxınlıqdakı məktəbə getmək yolları da qapadılıb. Onların sözlərinə görə, 10 ildir ki, burada məskunlaşıblar. Onların arasında torpaqları işğal altında olan qaçqın və məcburi köçkün ailələri də var. Sakinlər qeyd etdilər ki, onlar müvafiq yerlərə şikayət etsələr də, bu problemi həll edən olmayıb.

Sakinlərə bildirilib ki, 1995-ci ilən bu ərazi əcnəbilərə satılıb. Sakinlərin sözlərinə görə, əgər nəqliyyat vasitələrini əraziyə buraxmasalar və yaxud onların evlərini sökməyə cəhd göstərsələr kütləvi etraz aksiyalarına başlayacaqlar.

“Bizim başqa gedecək yerimiz yoxdur. On ildir ki, bütün varımızı-yoxumuzu sərf edib burda evlər tikmişik. İndi hara baş götürək gedək. Onsuz da 20 faiz torpaqlarımız işğal olunub, indi də, əcnəbilərin pulu ilə bu torpaqlardan didərgin düşək..? Bundansa, elə burada ekskovatorların qarşısında ölmək yaxşıdır”, -deyə sakinlər müxbirimizlə söhbət zamanı bildiriblər.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı