Bu gün səhər saatlarından etibarən Bakının bəzi rayonlarının elektrik enerjisi ilə təchizatında problemlər yaranıb. Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalınıın yerləşdiyi ərazinin də elektrik enerjisi səhər saat 9.00 radələrindən kəsilib.
Nəticədə hospitalın işində də ciddi problemlər yaranıb, bəzi cərrahiyyə əməliyyatları təxirə salınıb.
Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev saytımıza bildirdi ki işıqlar hospitalın terapiya şöbəsində sönüb, amma bir müddət sonra enerji verilməsi bərpa olunub.
Amma hazırda hospitalda müalicə olunan xəstələr və adlarının çəkilməməsini istəyən həkimlər saytımıza bildiriblər ki, 1 saylı korpusun işıqları hələ də yanmır və elektrik enerjisinin verilməsindəki fasilə saat 16.00-da aradan qalxacaq.
Mərkəzi Hərbi Hispitaldan Modern.az-a verilən ən son məlumata görə, saat 9.00-da sönən işıqlar, saat 14.30-da yandırılıb.
Modern.az