Modern.az

Orta məktəblərdə payız imtahanları başlayıb

Orta məktəblərdə payız imtahanları başlayıb

Ölkə

2 Sentyabr 2010, 12:52
 Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış, imtahan fənləri üzrə illik qeyri-kafi qiymət aldığı üçün buraxılış imtahanına buraxılmamış, həmçinin müəyyən səbəblərdən imtahanlarda iştirak etməmiş şagirdlərin payız buraxılış imtahanı verməsi nəzərdə tutulub.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcək.

Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Bilə­su­var, Cəlil­abad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neft­ça­la, Salyan, Ucar, Sabir­abad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı ra­yonlarının, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bər­də, Lerik, Yardımlı, Daşkə­sən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Sa­mux, Şəmkir, Tərtər, To­vuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şa­maxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı verəcəklər.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı