Modern.az

Din Azərbaycanda populayrlığını saxlayır

Din Azərbaycanda populayrlığını saxlayır

Ölkə

2 Sentyabr 2010, 13:30

ABŞ-ın sosial araşdırmalarla məşğul olan «Gallup» təşkilatı keçən il dünyanın 114 ölkəsində dinin insanların həyatında roluna dair növbəti sorğu keçirib. Modern.az “Azadlıq” radiosuna istinadən məlumat verir ki, sentyabrın 1-də elan edilən nəticələrə görə, sorğuya cəlb olunan ölkələrdən ümumilikdə 84 faizində insanlar dinin onların həyatında çox vacib olduğunu deyib. «Gallup»ın nəticələrinə görə, Azərbaycanda və onun yaxın ətrafında insanlar dinin əhəmiyyəti barədə ünvanlanmış “Din sizin gündəlik həyatınızın vacib hissəsidirmi” sualına sorğu iştirakçılarının 50 faizi  “bəli” cavabını verib. Ermənistanda bu 73 faiz, Gürcüstanda 81 faiz olub. Rusiyada 43 faiz, Türkiyədə 82 faiz üçün din həyatlarının vacib hissəsidir. Amma ABŞ kimi zəngin bir ölkədə də insanların dinə verdikləri önəm kəskin artıb. Amerikalıların 65 faizi dinin onların həyatında vacib olduğunu deyib. Qalan inkişaf etmiş ölkələrdən yalnız İtaliya, Yunanıstan, Sinqapur və Körfəzdə neft zəngini ölkələrin sakinləri dinin rolunun yüksək olduğunu bildiriblər. Amma varlı ölkələrin əksəriyyətində adamların dini inanclara önəm verməsi o qədər də yüksək deyil. Sorğuya cəlb olunan 10 inkişaf etmiş və etməkdə olan dövlətdə əhalinin cəmi 34 faizi inancların onların həyatında vacib olduğunu deyib. Bunlardan az inkişaf etmiş üç keçmiş sovet respublikasında - Estoniya, Rusiya və Belarusda SSRİ zamanında on illərlə dini azadlıqlara məhdudiyyətlər tətbiq edilib. Onlardan başqa, Vyetnamda da bu sahədə azadlıqlar boğulub. «Gallup» qeyd edir ki, sosioloqlar kasıblıqla dinin əlaqələrinə dair bəzi nəzəri fikirlər irəli sürülər. Onların qənaətlərinə görə, xüsusilə kasıb ölkələrdə inanclar insanlara gündəlik həyatın problemlərinə dözüb özlərinə və ailələrinə ayaqda qalmağa yardım edir. «Gallup»ın bundan əvvəl keçirdiyi bir neçə sorğunun nəticələri həmin fikri müəyyən qədər dəstəkləyib. 2009-cu ildə bu sual 114 ölkədə yetkin vətəndaşlara verilib. Ötən il 10 ölkədə isə rəyi soruşulanların tam əksəriyyəti – 98 faizi dinin rolunun yüksək olduğunu deyib. Modern

.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı