Modern.az

Deputatlar şəhid ailələrinə baş çəkiblər

Deputatlar şəhid ailələrinə baş çəkiblər

Ölkə

6 Sentyabr 2010, 10:42

Millət vəkillləri Qənirə Paşayeva və Aydın Həsənov Tərtər istiqamətindəki döyüşdə şəhid olan hərbiçilərimiz Əhməd Abdullayev və Fərid Əhmədovun ailəsinə baş çəkiblər və yaxınlarına baş sağlığı veriblər. Millət vəkilləri ilk öncə cəlilabadlı şəhid Əhməd Abdullayevin ailəsinə baş çəkib, ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Sonra şəhidin qəbrini ziyarət ediblər. Bundan sonra millət vəkilləri Qənirə Paşayeva və Aydın Həsənov şəhid Fərid Əhmədovun yaxınları ilə görüşərək onlara başsağlığı veriblər. 

Millət vəkilləri şəhid ailələri və yaxınları ilə görüşlərdə bildiriblər ki, vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş bu gənclərimizlə bütün dünyadakı azərbaycanlılar fəxr edir və onların ruhu qarşısında baş əyir. Böyüyən gəncliyimiz bu cür gənclərdən, qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməlidir deyən millət vəkilləri vətən üçün, torpağımız üçün canından keçən qəhrəmanlarımızın, şəhidlərimizin əbədilik Azərbaycan tarixində yaşayacağını deyiblər. Millət vəkilləri şəhid ailələrinin daim Ali Baş Komandan, prezident İlham Əliyevin diqqət və qayğısında olmasına toxunaraq bunun hər bir azərbaycanlı üçün örnək olduğunu, şəhid ailələrinə diqqət və qayğının hər bir azərbaycanlının ən müqəddəs borcundan biri olduğunu qeyd ediblər. Şəhid ailələri və yaxınları övladlarının, yaxınlarının vətən uğrunda şəhid olmaları ilə fəxr etdiklərini deyiblər.   Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı